Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

İŞİD qul bazarı təşkil edərək qadınları satır

Nur-az.com shia-news.com-a istinadən:

Kürdüstan millət vəkili cənab Viyan Dəxil bildirib ki, indiyə qədər İŞİD tərəfindən yezidi kürdlərinə mənsub 3000-ə yaxın qadın-qız uşağı kölə kimi satına verilib. Həqiqətdə yezidi kürdlərinin başına gətirilənlər soyqırımının aşkar nümunələridir. Onların girov düşənlərinin azadlığı, yaşayış məntəqələri və tarixi abidələrin bərpası və məruz qaldıqları ziyan və xəsarətlərin ödənişi sahələrində ciddi tədbirlər görülməlidir. İŞİD-in təcavüz etdiyi Mosul, Səlahəddin və digər vilayətlərdə qadın, qız və uşaqların barəsində törədilən cinayətlər əsrimizin qara səhifəsində yazılmalı və bunu bəşəriyyətin əleyhinə olan ən böyük zülm hesab etməliyik. İŞİD-in terrorist ünsürləri həqiqətdə cahanda sülh və əmniyyəti təhdid edir və hal-hazırda İraqın bütün əhalisi onlarla qarşı-qarşıya durub.

İraq parlamentinin verdiyi yeni bəyanatda İŞİD tərəfindən İraqda mövcud millət və etnoslara edilən cinayətlər soyqırımı adlandırılıb və “Baduş” zindanındakı məhbusların kütləvi qırımı, “Spiker” hərbi-hava dayanacağında xidmət göstərən hərbiçilərin öldürülməsi, “Bunəmir”, “Cəbur”, “Ləhib” və “Əbid” köçəri tayfalarının vəhşiliklə qətlamı, kürd, xristian və yezidi kürdlərinin başına gətirilən cinayətlər və türkmənləri qıraraq məntəqələrindən didərgin salmaları onun (genosid) aşkar nümunələri sayılır.
741 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı