Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

Bakıda yol qəzaları - 67 nəfər ölüb

Bu il paytaxtda yol polisi tərəfindən 218 min inzibati protokol tərtib edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, bu ilin yanvarın 1-dən aprelin 5-nə qədər paytaxt ərazisində 233 yol qəzası baş verib. Nəticədə 67 nəfər ölüb, 286 nəfər xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarında ölüm hallarının sayı 2 fakt azalsa da, qəza hadisələrinin sayı 12 fakt, xəsarət sayı isə 39 fakt artıb.

Hesabat dövründə qəzaların 49%-i surət həddinin aşılması, 51%-i piyadaların vurulması, 27%-i təhlükəli manevr qaydasını pozma səbəbindən baş verib./apa/
599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...