Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

Müsavat yürüş keçirməyə qərar verdi

Müsavat Partiyası apreldə yürüş keçirmək barədə qərar qəbul edib.

Partiya başqanının müavini Elman Fəttah "Turan"-a bildirib ki, yürüş aprelin 19-da saat 16-da metronun "20 Yanvar" stansiyasının qarşısından başlayaraq Həsən bəy Zərdabi küçəsi ilə davam edəcək və Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) qətnamənin oxunuşu ilə başa çatacaq.

Aksiyada ölkədə ağırlaşan iqtisadi duruma etiraz ediləcək, siyasi və vicdan məıhbuslarının azadlığı tələb ediləcək.

Müsavat Partiyası yürüşün keçirilməsi ilə bağlı bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.
597 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58