Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

İran Asiya İnfrastruktur İnvestisiya Bankına təsisçi üzv qəbul olunub

İran İslam Respublikası və Birləşmiş Ərəb Əmirlikləri Asiya İnfrastruktur İnvestisiya Bankına (AİİB) təsisçi üzv kimi qəbul olunub.

Bu barədə banka rəhbərlik edən Çin mətbuatı xəbər yayıb.

Bildirilir ki, AİİB-in 26 üzvü hər iki ölkəni təsisçi üzv kimi qəbul etməyə razılıq verib. Bu bankın üzvləri sırasında Almaniya, Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya və Hindistan yer alır. MDB ölkələrindən isə Qazaxıstan, Tacikistan və Özbəkistan bankın təsisçi üzvləridir. Rusiya, Qırğızıstan, Azərbaycan və Gürcüstan banka üzv olmaq ərizələri versələr də, hələ bununla bağlı qərar verilməyib.

Ekspertlərin fikrincə, ABŞ-ın AİİB-ə qoşulması gözlənilən deyil. Çünki bu maliyyə qurumuna Dünya Bankı, Asiya İnvestisiya Bankı kimi köklü təsisatların mümkün rəqibi kimi baxılır./ans/
579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP