Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

İraq rəsmisi: "ABŞ İŞİD-in məğlub olmasının qarşısını alır"

İraq Parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Həkim ə-Zaməli Amerikanın İraqda İŞİD-in nəzarətindəki ərazilərin İraq ordusu və xalq qüvvələri tərəfindən azad olunmasına mane olmağa çalışdığını bildirib.
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın bir sıra görüşlərdə İraq ordusunun İŞİD terrorçularını təmizləməyə və onların nəzarətindəki rayonların işğaldan azad olunmasına dair səyləri mane olmağa çalışdığını söyləyib.

İraq rəsmisi amerikalı müşavirlərin Ənbar əyalətinin azad edilməsindən əvvəl İraq təhlükəsizlik qüvvələrinin Mosula getməli olduğunu bildirmişdir. Halbuki, belə bir planın yanlış olduğunu deyib.
Əl-Zaməli açıqlamasında İŞİD terror təşkilatına yardım yollarının kəsilməsi və bu istiqamətdə, Fəllucə, Əl-Kərəmə və Əl-Ənbarın işğaldan azad edilməsinin lazım olduğunu hər kəsin bildiyini deyib.
İraq parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Həkim əl-Zaməli İraq xalq qüvvələrinin İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiya qüvvələrinin iştirakına qarşı çıxaraq, belə bir vəziyyətin İŞİD-in nəzarətindəki ərazilərin azad edilməsinə mane olacağını deyib.
544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı