Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

Əsəd ordusu ən-Nəbək şəhərinin yarısını nəzarətə alıb

Suriyada hökümət ordusu ən-Nəbək şəhərinin yarısını nəzarətə alıb
Qarşıdurmalar digər bölgələrdə də davam edib

Suriyada hökümət ordusu ən-Nəbək şəhərinin yarısını nəzarətə alıb.

İnterAz-ın "əl-Məyadin" telekanalına istinadla verdiyi xəbərə görə, Suriyada hökümət ordusu bir müddətdir ki, Dəməşq ətrafı əyalətin şimal-qərbində əməliyyatlar aparır və son sutkada bölgədə yerləşən ən-Nəbək şəhərinin bir neçə rayonunu ələ keçirib.

Qarşıdurmalar digər bölgələrdə də davam edib. Dəməşqin qərbində Suməriyyə nahiyəsində minalanmış maşının partladılması nəticəsində 15 nəfər mülki vətəndaş həlak olub və daha 30 nəfər yaralanıb.

İdlibdə (şimal-qərb) isə radikal DAİŞ qruplaşması Nusra Cəbhəsinin Şəriət Şurası adlanan qərargahına hücum edib. Laziqiyyədə (şimal-qərb) ordu qüvvələri radikal DAİŞ qruplaşmasının mövqelərini hədəfə alıb. Qruplaşmanın 40-a yaxın üzvü ölüb.

Dəməşqin Şərqi-Quta bölgəsində “Briqada 22” qərargahı ətrafında da amansız döyüşlər davam edib.

Qarşıdurmalar Hums (mərkəz), Huma (mərkəz) Dəra (cənub) və Hələbdə (şimal) də davam edib.
1997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi