Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

Əfqan ordusu NATO ilə atışdı

Əfqanıstan ordusu ilə NATO qüvvələri arasında atışma olub.

Nanqarxar əyalətində hökumət qoşunları ilə NATO hərbçiləri arasında baş verən atışmada 2 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Koalisiya qüvvələri komandanlığının məlumatına görə, insident zamanı bir Amerika hərbi qulluqçusu öldürülüb. Əfqan polisi də öz növbəsində milli ordunun bir hərbçisinin öldüyünü bildirib.

Yaralanan beş nəfərdən ikisinin amerikalı olduğu bildirilir.

Atışma əyalət qubernatorunun möhkəmləndirilmiş iqamətgahında baş verib. Baş verənlərin səbəbi hələlik açıqlanmayıb./ans/
664 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP