Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2015

Bakıda sərnişin avtobusunda ər arvadını qətlə yetirdi

Bakıda sərnişin avtobusunda ərin arvadını qətlə yetirməsinin bəzi detalları məlum olub.

Gədəbəy rayon sakini, 47 yaşlı Fatma Şəmiyevanın həyat yoldaşı ilə problemləri olub. Onların münaqişələrinə tez-tez polis əməkdaşları müdaxilə etməli olublar.

Aprelin 8-də gecə saatlarında Namiq Məmmədov, Fatma Şəmiyeva və azyaşlı övladları avtobusla Xırdalandan Bakıya gəlirlərmiş. Avtobusda ər və arvad arasında mübahisə yaranıb. Namiq Məmmədov cibindən çıxardığı bıçaqla qadının boğaz, ürək və bədənin müxtəlif nahiyələrinə zərbələr endirib.

İlkin ehtimala görə, qətl qısqanclıq zəminində baş verib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb. Qətli törədərək hadisə yerindən qaçan Namiq Məmmədovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./apa/
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber