Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2015

Türkiyədə hərbi konvoy atəşə tutuldu

Diyarbakırın Silvan rayonunda bir qrup PKK silahlısı hərbi konvoyu atəşə tutub.

“Doğan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə silahlı qüvvələrinin Baş qərargahından bildirilib.

Hücum zamanı 15 güllə konvoydakı zirehli avtomobilə dəyib, hərbçilər cavab atəşi açmağa məcbur olublar.

Qeyd edək ki, bu yaxınlarda həbsdə olan PKK lideri Abdullah Ocalan öz tərəfdarlarına müraciətində Türkiyə əleyhinə silahlı mübarizəyə son qoymağa çağırmışdı.
656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber