Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

Rusiya qoşunlarını Dağlıq Qarabağda yerləşdirir

Rusiya sülhməramlılar adı altında öz qoşunlarını Dağlıq Qarabağda yerləşdirmək istəyir.

“Axar.az”ın “1in.am” saytına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə “Konkord” araşdırmalar mərkəzinin rəhbəri David Şahnazaryan çıxış edib.

O, Ermənistanda narazılığın artdığını, qısa müddətdən sonra isə bunun idarə olunmayacaq səviyyəyə gəlib çatacağını bildirib. Ekspertin sözlərinə görə, hazırda yalnız Rusiyanın sayəsində ölkədəki kütləvi narazılığın üzünü maskalamaq mümkün olub.

D. Şahnazaryan həmçinin Rusiyanın Ermənistanda hərbi bazalarının genişləndirməkdə əsas məqsədinin Dağlıq Qarabağ konfliktini həll etməmək olduğunu da bildirib: “Hazırda Rusiyanın qarşısında iki məqsəd var. Birinci Dağlıq Qarabağ konfliktini həll etməmək, ikincisi isə öz qoşunlarını sülhməramlılıq adı altında Qarabağda yerləşdirmək”.

Ekspert həmçinin Vladimir Putinin İrəvana səfəri məsələsinə də toxunub. “Əgər bu işgüzar səfərdirsə, qoy heç olmasa onu Azərbaycandakı kimi baş nazirin müavini qarşılasın. Qoy heç olmasa burada dövlətin şərəfi qorunsun”.

D.Şahnazaryan tezliklə ölkəni kütləvi iğtişaşların alacağı ilə də bağlı proqnoz verib. Ekspert bunun hökumətin Gömrük İttifaqına getməsiylə əlaqədar olacağını söyləyib.
1652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28
Suriya hökumə