Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2015

Novosibirsk-Lənkəran aviareysi yayda açılacaq

Hazırda reyslərin icrasına hazırlıq işləri gedir

Rusiyanın "Anqara" aviaşirkəti yay qrafiki çərçivəsində Novosibirsk və Azərbaycanın Lənkəran şəhərləri arasında müntəzəm aviareyslər təşkil etməyi planlaşdırır.
Bu barədə "İnterfaks"a şirkət direktorunun satış və marketinq üzrə müavini Konstantin Nesterenko məlumat verib.
"İrkutskdan Yaponiyaya çarter proqramı formalaşdırılır, həmçinin 2015-ci il yay naviqasiyası dövründə Novosibirsk-Lənkəran reyslərinin icrasına hazırlıq gedir", - deyə o bildirib.
Məlumata görə, reyslər 75 nəfərlik tutumu olan "An-148-100" təyyarələri vasitəsi ilə həyata keçiriləcək.
576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38