Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2015

Hüseynovlar ailəsi fəryad edir

Onlar oğullarının ölüm işinin düzgün araşdırılmasında israrlıdır

Bakı şəhəri, 3-cü mkr, Cavadxan 12, mənzil 28 ünvanında yaşayan ailə Binəqədi rayon prokuroru Mirələkbər Seyidov, hakim Mirheydər Zeynalov, müstəntiq Elşən Məmmədov, ekspert Zahir Hüseynovdan va Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun qərarından ölkə başçısına şikayət edib. Müraciətdə deyilir:
“Polislər oğlumu gözüm önündə vurub öldürdülər. Əlaqədar qurumlar bu cinayəti açıq-aşkar gizlətdilər. Respublikanın nüfuzlu məmurlarına teleqramlarım və müraciətim isə nəticəsiz qaldı. Mən canlı şahidi və əlimdə tibbi sənədlər kimsə dinləmir. Daha dözə bilmirəm, məcburam ki, səs verdiyim prezidentin sarayı qarşısında ya özümə qəsd edim, ya da ki, bizə düşmən dövlətə müraciət edim. Çünki neçə ildir hər ay prezidentə, Baş prokurora və bir çox nüfuzlu ünvanlara müraciətlər nəticəsiz qalır.
Cənab Prezident!
Sizə təkrarən müraciət edərək bildirirəm ki, oğlumla işdən evə gələrkən yol polisləri - 10 YP-773 saylı maşında xidmət edən Ələkbərov Vüqar Çingiz oğlu və Ağayev Azər Əziz oğlu 28.12.2010-cu ildə Binəqədi rayon ərazisində Bakı-Şamaxı yolunun 9-cu km-də bizi saxladılar. Oğlum Elşən Hüseynlinin maşınını əsassız olaraq saxlayan polislər mübahisə zəminində onu vurub öldürdülər. Oğlum polis maşınının qabaq qapısı önündə arxası üstə yarı yıxılmış, sifətində, burnunun yuxarı çuxur yerinda çapıq və gicgahından zədə almışdı. Elə həmin gün ərizəmlə Binəqədi rayon prokurorluğuna bildirdim ki, oğlumu yol polisləri gözümün önündə vurub öldürdüblər. Lakin prokurorluq tərəfindən heç bir tədbir görülmədi, cinayət işi açılmadı, polis maşını saxlanılmadı, polislər sorğuya alınmadı, hadisə yerinə baxış da keçirilmədi.
Sübutların qorunması, təhqiqatı və toplanması üçün heç bir istintaq əməliyyatı aparılmadı. Prokurorluq həmin an hadisə yerində olmalı və isti izlərlə tədqiqat aparmalı idi. Ekspert Hüseynov baxış zamanı bildirdi ki, bu çapıq və zədə təzədi, küt alətlə vurulub. Bu zərbədən beyinə gedən damarlarda tromb alınıb və bunun nəticəsidir ki, qəfil zərbədən alınmış çapıqda qanaxma olmayıb. Demək, kəskin ürək çatışmamazlığı da bundan sonra baş verib.
Lakin ekspert rəy verəndə gicgahdakı zədəni göstərməyib. Alınmış çapığın isə ölümə səbəb olmasını gizlədib. Prokuror Seyidovun və Musayevin rəhbərliyi altında, guya oğlum xəstə imiş və işemiya xəstəliyi nəticəsində dünyasını dəyişib. Xeyr, oğlum tam sağlam olub. O işlədiyi ABŞ səfirliyi xətti ilə hadisədən iki ay öncə tam tibbi müayinədən keçib. Onun sağlamlığında heç bir patologiya aşkar olunmayıb. Əgər xəstə olsaydı, onu səfirlikdə işə götürməzdilər. Respublika Patoloji Anatomiya Birliyinin direktoru Şahin Musayev cənablarına üz tuturam, axı siz alimsiniz, siz çox yaxşı bilirsiniz ki, işemiya nə vaxt və nə zaman baş verir. Mütəxəssislər deyirlər ki, atreskleroz, ürəyin tac damar çatışmazlığı, miokart infarktı, hipertoniya xəstəliyi və bu kimi ürək qüsurlarından sonra ürəyin işemiyası baş verə bilər. Bu, qəfil zərbə və həyəcandan alınmışdır. Cavan və sağlam adamın kənar müdaxilə olmadan işemiya keçirməsinə hələ tibb tarixində rast olunmayıb. Cənablar, siz Hipokrat andını niyə unutdunuz? Nədən belə haqsızlıq etdiniz?
Prokurorluq cinayəti kifayət etməyən saxta sübutlar əsasında araşdırıb. Bu ölüm işi polislərlə əlaqəli baş verib. Oğlumun ölüm işinin dəqiq və obyektiv araşdırılmasını xahiş edirəm"./azadlıq/
645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber