Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2015

"İŞİD" Mosulda 10 həkimi güllələyib

Cinayətlərini davam etdirən qruplaşma üzvləri iki gün öncə iki min yaşı olan Mosul qalasının divarlarını da partladıblar

"İŞİD" terror təşkilatı İraqın Mosul şəhərinin cənubunda Həmmam Əlil adlanan bölgədə yaralı terrorçuların müalicəsindən imtina edən 10 həkimi güllələyib.

İnterAz-ın "Sumariya" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Mosul şəhərindəki yerli mənbələr məlumat veriblər.

Terrorçu qrupun cinayətləri bununla bitməyib. Qruplaşma üzvləri iki gün öncə iki min yaşı olan Mosul qalasının divarlarını partladıblar.

"Sumariya"nın digər məlumatına görə, Mosulda prezident qəsrləri adlanan binalardan beşi partladılmaq üçün minalanıb.

Bu arada, İraqın vitse-prezidenti Neynəva əyaləti və onun inzibati mərkəzi Mosulun "İŞİD"dən azad edilməsi ilə bağlı mühüm açıqlamalar verib. Üsamə ən-Nuceyfi bildirib ki, hazırda Neynəvada "İŞİD"in beş min üzvü var ki, onların bir qismi əcnəbilərdir. İraq rəsmisi könüllü şiə briqadalarının bu əməliyyatda iştirak etməyəcəyini bildirib.
721 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:11