Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2015

Bakıda daha bir dəhşətli qətl: ər arvadını liftdə doğradı

Bakıda dəhşətli qətl hadisəsi baş verib. Ər arvadını qısqanclıq zəmnində vəhşicəsinə qətlə yetirib.

Hadisə Bakının Binəqədi rayonu, Naxçıvani küçəsi, 3068-də, “Elit” ticarət mərkəzinin arxasında yerləşən “Olimp” mənzil-tikinti kooperativinin (MTK) binasında baş verib.

1979-cu il təvəllüdlü Mirzəyev Təhmasib Saleh oğlu həyat yoldaşı 1991-ci il təvəllüdlü Mirzəyeva Nigaq Hümbət qızını yaşadıqları binada qətlə yetirib. T.Mirzəyev həyat yoldaşını binanın liftində çox saylı bıçaq zərbələri ilə qətlə yetirib.

Qətlin qısqanclıq zəmnində baş verdiyi ehtimal edilir. Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyə çalışacağıq.

Xatırladaq ki, dünən də Bakıda ər arvadını avtobusda vəhşicəsinə qətlə yetirmişdi./virtualaz/
623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto