Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

Sanksiyalar dekabr və yanvar ayında ləğv edilə bilər

Sanksiyalar götürülsə, hər ilə ölkə iqtisadiyyatı 50 milyard dollar gəlir gətirəcək – İran Prezidentinin müavini
O, sanksiyaların yeni deyil, İran-İraq müharibəsi zamanında da tətbiq edildiyini, son dövrlərdə isə daha şiddətli olduğunu və bunu görə ölkə iqtisadiyyatının xeyli gəlirləri itirdiyini bəyan edib

“Ölkə iqtisadiyyatını elə tənzimləməliyik ki, neftsiz ölkəni idarə edə bilək”.

İnterAz-ın İrna agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran prezidentinin strateji planlaşdırma məsələləri üzrə müavini Məhəmmədbaqir Nobəxt ölkənin Bəsic təşkilatı üzvləri qarşısında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, sanksiyalar 30 ildir ki, İran iqtisadiyyatını hədəfə alıb. O, sanksiyaların yeni deyil, İran-İraq müharibəsi zamanında da tətbiq edildiyini, son dövrlərdə isə daha şiddətli olduğunu və bunu görə ölkə iqtisadiyyatının xeyli gəlirləri itirdiyini bəyan edib.

M.Noubəxt mövcud sanksiyaların İranın əsas etimad etdiyi neft sektorunu hədəfə aldığını və buna görə də bu sektora olan asılılığın aradan qaldırılması istiqamətində tədbirlərin görüləcəyindən xəbər verib.

Bu arada, Avropa İttifaqı (Aİ) İrana tətəbiq edilən sanksiyaların ləğv edilməsi təkliflərinə baxacağını bəyan edib. “Aİ”-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komisarı Ketrin Eştonun ofisindən bildirilib ki, İttifaq tərəfindən ölkəyə tətbiq edilən bəzi sanksiyalar dekabr və yanvar ayında ləğv edilə bilər.
1708 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber