Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2015

Hacı Abgül Süleymanovun səhhəti təhlükə altındadır

Hicab məhbusu, ilahiyyatçı Abgül Süleymanovun səhhəti təhlükə altındadır

Bu barədə islamazeri.az-a onun vəkili Bəxtiyar Hacıyev məlumat verib. Vəkil bildirib ki, A.Süleymanovun vəziyyəti olduqca pisdir. Onun sağlamlığı təhlükə altındadır: "Səhhətində ciddi problemlər var. Dişlərinin ağrısından əziyyət çəkir. Əməliyyat edildikdən sonra müalicəsi davam etdirilməyib. Bundan əlavə, qəzetdən də məhrum ediblər.Ümumiyyətlə, informasiyadan məhrum olub. Bütün bunlar azmış kimi, ona 6 aylıq xüsusi cəza tətbiq edilib. Xüsusi ciddi rejimdə saxlanılır. Orda da saxlanma müddəti iki aydan altı aya qədərdir. Səhhətindəki problemlər isə onun həyatını təhlükə altına qoyub. Orada A.Süleymanova müalicə almağa nə şərait var, nə də həkim heyyəti var".
621 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber