Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2015

Məhkəmə binasına hücum: 10 nəfər öldü

Əfqanıstanın Məzari-Şərif şəhərində naməlum silahlılar apelyasiya məhkəməsinin binasına hücum ediblər.

Silahlılar binanın daxilində azı 30 nəfəri 6 saat girov saxladıqdan sonra polis anti-terror əməliyyatlarına start verib.

Əməliyyatlar nəticəsində silahlılardan 6 nəfərini zərərsizləşdirmək mümkün olub. Atışmalar zamanı 10 nəfərin öldüyü, 20-ə yaxın insanın yaralandığını bildirilir.

Hücuma görə Taliban qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Silahlılar məhkəmə binasına hücum edən zaman təhlükəsizlik qüvvələrinə qarşı qranat və avtomat silahlardan istifadə ediblər. Daha sonra binalardan birinə od vurublar.

İki əvvəl məhkəmə binasına edilən oxşar hücum nəticəsində 46 nəfər öldürülmüşdü.
649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...