Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2015

Suriya və Fələstin hökuməti hərbi güclərini birləşdirməyə qərar verib

Suriya və Fələstin hökuməti İŞİD terror qruplaşmasına qarşı mübarizədə bir araya gəlib.

Paytaxt Dəməşq yaxınlığındakı Yarmuq qaçqın düşərgəsinə hücum edən İŞİD silahlılarının ərazidən təmizlənməsi üçün Suriya və Fələstin hökumətləri güclərini birləşdirib.

Bu barədə razılıq Dəməşqdə səfərdə olan Fələstin Quruluş Təşkilatı heyətinin suriyalı nümayəndələrlə görüşü zamanı əldə edilib.

“Suriya hökuməti ilə İŞİD terror qruplaşmasının Yarmuq qaçqın düşərgəsindən necə çıxarılacağı barədə fikir mübadiləsi apardıq. Bu terrorçuların oradan çıxarılmasının tək çıxış yolu hərbi gücü işə salmaqdır”, – deyə Fələstin hökuməti nazirlərindən olan Əhməd Məcdalani bildirib.

Xatırladaq ki, İŞİD terrorçuları Yarmuq qaçqın düşərgəsinə aprelin ilk günü hüvum edib və düşərgənin böyük hissəsini ələ keçirib./ans/
677 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:38