Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2015

"Bir saatdan çox gözümdən yaş gəlib"

Birinci xəbər: “Prezidentin Məkkədə Ümrə ziyarətində olan kadrlarını görəndə ağladım. Bir saatdan çox gözümdən yaş gəlib”.
26 dəfə Həcc ziyarətində olan “deputat” Qalib Salahzadənin sözləridir bu, saytlardan birinə deyib. Mən baxanda bu məlumatı 12049 nəfər oxumuşdu. Əlbət, mən 12050-ci oldum. Əgər bir sayt bir xəbərlə 12050 nəfərin üzünü güldürə bilirsə, alqışlanmalıdır. Tək kriminal xəbərlərlə baxış sayı yığılmır ki. Bir saat sonra bu məzəli xəbərin baxış rəqəmi 13057 olmuşdu. Internetin sayğacını elə sürətlə çalışdırırlar ki...

İkinci xəbər: Müğənni Elnarə Azərbaycan televiziyalarını “zibilxanaya” bənzədib.
Haqlıdırmı? Haqlıdır! Televiziyanı zibilxanaya bənzətmək olarmı? Olmaz! Televiziyanı zibilxanaya döndərənləri isə qınamaq olar. Kimlərdir onlar? Jurnalistlərmi? Yox. Rejissorlar, operatorlar, montajçılar - ağırlıq daşıyıcılarımı? Xeyr! Fırlanan kreslolarda əyləşib dünyanı başlarına fırladanlar - jurnalistlərə rəhbərlik edənlər, o rəhbərlərə ağalıq edib televizyalara öz “toçkası” kimi baxanlar, o ağaların başını tumarlayıb yaxasına “Dostluq” ordeni taxanlardır “zibilçilər”. Televiziyanın sonuncu “zibilçiləri” isə jurnalistlərdir. Onların günahı boyunlarına boyunduruq keçirmələridir.

Üçüncü xəbər: AzTV sədri Arif Alışanov Idman Azərbaycan kanalının direktoru Elsevər Dünyamalıyevi AzTV, Mədəniyyət və Idman Azərbaycan kanallarına baş direktor təyin edib. Idman Azərbaycan telekanalının direktoru səlahiyyətləri də Dünymalıyevdə qalıb. Bir neçə əməkdaş, o sıradan AzTV-nin bədii rəhbəri Etibar Babayev, rejissor Elnur Məmmədov, “Səhər” proqramının baş rejissoru Rəsul Ələkbərov bu təyinata etiraz olaraq işdən çıxıblar.
Əvvəla, AzTV-dən kimsə öz xoşuna vəzifədən getmir; onu məcburi yola salırlar. Ikincisi, Etibar Babayev A.Alışanov sədr təyin ediləndən də qabaq onun yanında olub, çox işlərdə şəriklik ediblər, ictimailəşdirilməsi mümkün olmayan bir sıra məsələlərdə E.Babayev A.Alışanovun “qulluğunda durub”. Maraqlar toqquşan yerdə şəriklik bitib. Elsevər Dünyamalıyevə gəlincə, belə bir şərəfə o necə layiq görülüb, çox maraqlıdır. Indiyəcən kimsə nə onu, nə də AzTV sədri A.Alışanovu efirdə iki kəlmə kəsən, iki cümlə quran görməyiblər. Televiziya zibilxana olmasın deyə orda işləmək üçün danışmağı bacarmaq gərəkdir, yazmağı bacarmaq gərəkdir. Saymaqla iş bitmir.

Dördüncü: “Bakıda keçirilən ilk Avropa Oyunları” zamanı paytaxt muzeyləri gecə saat 1-2-yə qədər işləyəcək. Bunu Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev media işçiləri ilə görüşündə bildirib.
Bu qərar hansı düşüncə, hansı məntiqlə verilib? Gecə saat 1-də hansı əcnəbinin qolundan tutub muzeyə apara biləcəklər? Yorğun-arğın turist o eksponatlardan nə anlayacaq? Gecə yatmaq üçündür. Gecə həyatını sevənlər isə ömründə muzeyə ayaq basmayanlardır. Ən yaxşı halda bulvarda gəzərlər. Mədəniyyyət və Turizm Nazirliyi daha normaq qərarla özünü Avropa oyunlarına dəstəkçi kimi göstərə bilərdi./azadlıq/
755 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02
İranda