Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2015

Adada SSRİ-yə aid bioloji silah anbarı tapıldı – Fotolar

Asiyanın ən böyük təbi fəlakətləri ilə üz-üzə qalan Aral gölünün daha bir təhlükə mənbəyi olduğu üzə çıxıb.

Keçmiş Sovet İttifaqı tərəfindən 50 il məxfi şəkildə hərbi sənaye üçün istifadə olunmuş Aral gölündə yerləşən “Vozrozhdeniya” adasında vaxtilə bioloji silahlar hazırlanırmış. Bundan əlavə, sözügedən adada bioloji silahlar üçün istifadə olunan təhlükəli bioloji və kimyəvi xammal saxlanılıb. Eyni zamanda Sovet İttifaqı bu hərbi adadan bioloji silah üçün anbar kimi istifadə edib. Həmin xammal isə 50-ci illərdə “Vozrozhdeniya” adasında gizlədilib. Ancaq hazırda Aral gölü sürətlə qurduğu üçün, həmin adanın da bir hissəsi quru ilə birləşib. Əgər adada gizlədilmiş bioloji silah üçün istifadə olunan maddə açığa çıxarsa, bu Avrasiya materiki əhalisi üçün böyük fəlakətə yol açacaq.

Xatırladaq ki, Aral dənizi Mərkəzi Asiyada Qazaxıstan və Özbəkistan sərhədində axmaz göldür. 20-ci əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amurdərya və Sırdərya çaylarından suvarmada mütəmadi və rejimsiz istifadə nəticəsində dənizin səviyyəsi enməyə başlayıb. 1989-cu ildə dəniz iki hissəyə parçalanaraq Şimali (Kiçik) və Cənubi (Böyük) Aral dənizi adlanmağa başlayıb./publika/





774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...