Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2015

Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu qeyd olundu

Vəhy evi nuru xanım Fatimeyi - Zəhra (s.ə) mübarək mövludu qeyd olundu

Keçən gün AİP  Sumqayıt şəhər komitəsi 11- ci mikrarayon özək təşkilatının təşəbbüsü ilə iki dünya xanımı Fatimə Zəhra (s.ə)-nın mübarək mövludukeçirilib. Mərasimdə AİP Qadınlar Şurasının sədri, müavinləri, Sumqayıtda yaşayan inanclı xanımlar və Bakıdan gələn qonaqlar iştirak edib. 

Tədbiri giriş sözü ilə açan AİP Qadınlar şurasının sədri Növrəstə İbrahimova qonaqları salamlayaraq bu günün ən əziz bayramlardan biri oldğunu qeyd edib:

"Zamanın hakimi İmam Zaman (ə.f) ağanı bu mövlud münasibətilə təbrik edirəm. Xanımın Allah qarşısında məqamı sözlə ifadə edilməyəcək qədər yüksəkdir. Fatimə Zəhra (s.ə)-nı Allah təbrik edib. Bu münasibətlə yerin-göyün mələkləri bir-birini təbrik edib.

Növrəstə xanım sözünə davam edərək, Hədisi Qüdsdə Allahın "ya Muhəmməd səni özümə görə, Əlini Peyğəmbərə xatir, Fatiməni isə hər ikinizə xatir yaratmışam" hədisini söylədi, Fatiməyi Zəhranın Behiştdə bir huriyyə kimi yaşadığını vurğuladı. Onun dünya və axirətdə bütün möminlərə şəfaətçi olduğunu bildirərək "Xanım Siddiqədir, Tahirədir, Zəkiyyədir, Bətuldur, Usuliddindir, Firuiddindir" - deyə Zəhra (s.ə) adlarını təfsir etdi. 

Çıxışının sonunda Qadınlar Şurasının sədri Azərbaycanın bütün inanclı xanımlarını bu əziz bayram, Xanımın mövludu günü münasibətilə təbrik etdi.

AİP Qadınlar Şurasının sədr müavini Fatimə Səlimova mövlud münasibətilə mərasimdə iştirak edən bütün xanımları təbrik etdi, Allahın hələ dünyanı yaratmazdan əvvəl Xanımın nurunu yaratdığını qeyd etdi.

O, xanımlara Zəhra hicabını ləyaqətlə və şərəflə daşımağı tövsiyə etdi.

Gənc fəal Ülkər Səlimova çıxış edərək, Zəhranın bir ana kimi yüksək məqamına, onun hər kəslə ədalətlə rəftarına diqqət çəkərək Qadınlar üçün ləyaqət və nümunə sayılan qısa, amma şərəfli ömür yolundan danışdı. Bütün müsəlman dünyasında misilsiz xanım obrazını yaratmış Fatimə Zəhra (s.ə)-nın cəsarət və layaqətinin bütün müsəlman xanımlara örnək olmasını arzu etdi. 

"İntizar" ilahilər qrupu öz dini mahnıları ilə məclisi daha da rövnəqləndirirdi.

Mərasimin sonunda xanımın həyatı ilə bağlı suallardan ibarət viktorina təşkil olundu. Qaliblərə hədiyyələr təqdim olundu./İslaminsesi/

SAM 5860

SAM 5893

69

SAM 5967

SAM 5859

SAM 5903

SAM 5947

SAM 5955

SAM 5855

719 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19
Ta