Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2015

İŞİD-dən (yaradıcısına) ABŞ-a qorxunc hədə

İŞİD terror qriplaşması Amerika Birləşmiş Ştatları (ABŞ) tarixində ən böyük terror hadisəsi kimi xatırlanan “11 sentyabr faciəsi”ni təkrarlayacağına söz verib.

Bu barədə radikal islamçı fəalların monitorinqini aparan “SITE Inteligence Group” təşkilatı xəbər yayıb.

Təşkilatın “tvitter” səhifəsində bildirilir ki, terrorçular açıq-aşkar ABŞ-a qarşı hədə ilə çıxış edirlər.

“Biz 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda törədilən terror aktlarını təkrarlayacağıq. Bunun üçün biz oraya içərisi partlayıcı maddələrlə dolduğurulmuş maşınlar, intiharçı adamlarımızı göndərəcəyik” – deyə İŞİD üzvləri bildirib.

Xatırladaq ki, 2001-ci il 11 sentyabr tarixində “Əl-Qaidə” terror təşkilatının üzvü olan 19 terrorçu müxtəlif istiqamətlərdə hərəkət edən 4 sərnişin təyyarəsini ələ keçirərək müxtəlif obyektlərə doğru yönəldiblər. Təyyarələrdən ikisi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin göydələnlərinə çırpılıb. Terrorçular daha bir təyyarəni Pentaqonun əsas binasına yönəldiblər. Dördüncü təyyarə isə Pensilvaniya ştatı ərazisində yerə düşüb. Ümumilikdə terror aktları nəticəsində 3 mindən çox adam ölüb./ans/
559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı