Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2015

Almaniya hökumətinin Rusiya təhlükəsi

Almaniya hökuməti Rusiya təhlükəsi ilə əlaqədar tank sayını artırır.
Almaniya ehtiyata qoyduğu döyüş tanklarını yenidən xidmətə qauytarırır.
Almaniyanın Müdafiə Nazirliyi 100 ədəd Leopard 2 tanklarının geri qaytarılması barədə “Der Spiegel” jurnalının verdiyi xəbəri təsdiq edib.
Hərbi ekspertlər 100-dək tankın xidmətə qaytarılmasını Ukrayna böhranına görə artan Rusiya təhlükəsi ilə əlaqələndirirlər. Bu tanklar Soyuq Müharibənin başa çatdığı vaxtlarda metal qırıntısı kimi istifadə üçün ağır sənayeyə satılmışdı. Həmçinin qeyd olunur ki, “yeni” tanklar NATO-nun Şərqi Avropada yaradılmaqda olan çevik reaksiya avanqard qüvvələrində istifadə oluna bilər.
Soyuq Müharibənin sonunda Almaniya öz tanklarının sayını 350-dən 225-ə endirməyi qərar almışdı.
Qeyd edək ki, Almaniya özünün tank birləşmələrinin modernizasiyasına 2017-ci ildə başlamağı planlaşdırır. Almaniyanın Müdafiə Nazirliyi bildirib ki, silahlı qüvvələrdəki tankların sayını 328-ə çatdırmaq üçün 24 milyon dollar xərcləyəcək./ans/
563 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41