Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2015

"İŞİD"in bomba istehsalı sexi partlayıb, 25 terroçu məhv olub

Suriyanın Həsəka əyalətinin əş-Şədadi şəhərində "İŞİD"in nəzarətində olan sexdə şiddətli partlayış baş verib.

Bu barədə İnterAz "al-Mayadeen"-ə istinadla məlumat verir.

Bildirilib ki, partlayış baş verən obyekt "İŞİD"in müxtəlif bomba və minalar istehsal etdiyi sex olub. Burada azı 25 terorçu məhv olub.

Bu arada, Suriya İnsan Hüquqları Müşahidə Qrupu məlumat verib ki, "İŞİD" 31 mart tarixində Həma əyalətinin şərqində oğurladığı 50 sakini hələ də buraxmayıb və onlar hələ də "İŞİD" əsarətində saxlanılır.

Qeyd edək ki, "İŞİD" 31 mart tarixində əsasən ismaililərin yaşadığı əl-Məbuca kəndinə basqın zamanı 46 sakini qətlə yetirmişdi.

Hazırda Suriya ərazisində "İŞİD"lə aparılan döyüşlər Dirazzur, Həma, Həsəka, Dəməşqətrafı, və Hələb əyalətlərində gedir.
683 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP