Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2015

Pakistanda silahlı hücum: 20 ölü, 3 yaralı

Pakistanın baş naziri Nəvaz Şərif təcavüzü qətiyyətlə pisləyib və hadisənin qurbanı olan fəhlələrin ailələrinə başsağlığı verib

Ötən gecə Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində, Turbat rayonunda naməlum silahlı şəxslər Söhrab bəndinin körpüsünün tikintisində çalışan fəhlələrin qaldığı çadırlara atəş açıblar.
"RİA Novosti" xəbər verir ki, nəticədə 20 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar bölgədəki xəstəxanaya qaldırılıblar.
Naməlum silahlılar motosikletlərlə hadisə yerindən qaçıblar. Hələlik heç bir terrorçu qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib.
Polis hadisənin səbəblərini araşdırır və cinayətkarları tapmaq üçün istintaq başlayıb.
Pakistanın baş naziri Nəvaz Şərif təcavüzü qətiyyətlə pisləyib və hadisənin qurbanı olan fəhlələrin ailələrinə başsağlığı verib.
615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14