Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2015

Əbdülmalik Husinin başına mükafat təyin edildi

Əl-Qaidə terrorist təşkilatı Yəmənin “Ənsarullah” hərəkatının rəhbərinin başına mükafat təyin edib!

Reutersin verdiyi məlumata əsasən, Yəməndə xalq hərəkatının kəsb etdiyi müvəffəqiyyətlərdən qeyzə gələn terrorist əl-Qaidə təşkilatı Yəmənin “Ənsarullah” hərəkatının rəhbərinin başına 20 kq qızıl mükafatı təyin edib.
Həmçinin, onlar (guya) Yəmənin sabiq prezidenti Əli Abdullah Salehin də, tutulması üçün mükafat nəzərdə tutublar. Bu xəbərlər ötən gün həmin təşkilata mənsub saytlarda yayımlanıb. Maraqlısı odur ki, bu kimi reaksiyalar Yəməndə Əbdülmalik Husinin başçılığı ilə xalq hərəkatının qazandığı uğurlardan hədsiz qəzəbləndirərək Ərəbistan və müttəfiqlərini hərbi müdaxiləyə vadar edən zamanla üst-üstə düşür.

Nur-az.com
721 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP