Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2015

Qeyrətiniz olsa, Qasim Süleymanini qınamazsınız!

İraq Parlamentinin sabiq sədri və hazırda millət vəkili cənab Mahmud Məşhidani İranın İraqa yardımlarından narazı olan ərəb ölkələrinə müraciətlə bildirib ki, niyə biz sünnilər İranı regionda öz mənafeyinin müdafiəsi uğrunda apardığı siyasətə görə qınamalı, amma əməllərimizə görə daşıdığımız sünni (Peyğəmbərin sünnəsinin varisi) adından və eləcə də, İslam hakimiyyətinin nümayəndələri olmağımızdan xəcalət çəkməməliyik?!

Vəhhabilər tərəfindən şiələrə nisbət verilən səfəvi və ya rafizi ləqəbləri qətiyyən qəbul ediləsi deyil və bu kimi hallar qarşı tərəfin də, bizi nasibi adlandırmağına gətirib çıxaracaq. Belə ifadələr nadanlıq və cəhalət dövrünün nişanələridir və elə ona görə də, uzun illər müsəlmanların parçalanması və bir çox ərazilərinin itirməsi ilə nəticələnib. Müsəlmanlar ilk dəfə öz ərazilərini İspaniyanın cənubundan itirməyə başlayıb və nəhayət, səlib yürüşləri ilə başa çatıb. Sonralar birinci dünya müharibəsinin qurbanı olaraq şeytani plan üzrə elə parçalanıb ki, bu sərhəd və fərzi hüdudları özümüzə ən müqəddəs meyar hesab edirik. Əgər bizim də içərimizdən ərəb dünyasında Qasim Süleymani kimi bir igidimiz olub, Fələstin, Suriya və İraqda terrorizmlə mübarizə aparsaydı, sünni, şiə və məsihidən tutmuş hamımız onun arxasında durmazdıqmı?! Ərəb ölkələri bizi yox, özlərini danlasınlar, əgər sizdə zərrə qədər insaf varsa, Qasim Süleymanidən əl çəkib, özünüzü qınayın!

Nur-az.com/qasemsoleimani.ir
687 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat