Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2015

İçərişəhər "Cümə" məscidi dini icması - Xanım Fatimeyi-Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-də bütün dünya müsəlmanları, Əhli-beytə (ə) məhəbbət bəsləyənlər İki dünya Xanımı (s.ə), əziz İslam Peyğəmbərinin (s.ə) gözünün nuru Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud gününü qeyd edir. Xanım Faimeyi-Zəhra (s.ə) besətin 5-ci ilində Cəmadius-sani ayının 20-də, cümə günü dünyaya gəlmişdir.

Bu böyük bayram münasibətlə İçərişəhər “Cümə” məscidi dini icması da möhtəşəm tədbir keçirib. Tədbir mübarək Qurani-Kərimin tilavət olunması ilə başlanıb.

Daha sonra “Əhli-beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupunun ifasında Xanım Zəhranın (s.ə) və Əhli-beytin (ə) şəninə yazılnış biri-birində gözəl İlahilər səsləndirilib.

Tədbirə video-konfrans vasitəsilə qoşulan İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu mübarək Mövlud günü münasibətilə təbriklərini çatdıraraq, tədbir iştirakçılarına xütbə söyləmişdir.

Xanım Fatimeyi Zəhranın (s.ə) uca məqamı barədə danışan Hacı İlqar, Xanımın (s.ə) hər bir müsəlman xanım üçün ən nəcib örnək olduğunu vurğulamışdır.

Qurani-Kərimin nəzərində ən üstün insanın - ən təqvalının olduğunu qeyd edən xətib, Xanım Fatimeyi-Zəhranın (s.ə) bu anlamda üstünlük simvolu olduğunu vurğulayıb: “Bu anlamda bizlər Xanım Fatimeyi-Zəhranın (s.ə) mövludunu qeyd edərkən əslində, təqvalılıq ruhiyyəsini qeyd edirik. Bizlər, bu mövludda Allahın yaratdığı ən böyük dəyərlərdən birinin insanlığa bəxş olunmasını qeyd edirik. Bizlər bu günlərdə təqvalılıq ruhiyyəsinə yiyələnməyə çalışmalıyıq.

Təqvaya müxtəlif izahlar vermək olar. Lakin, ən sadə izahı budur ki, Allah bizi harada görmək istəyirsə, orada olaq, harada görmək istəmirsə, orada olmayaq. Əgər buna nail olsaq, təqvaya yiyələnmiş olarıq. Allahın bəyəndiyi rənglərə boyansaq, ən aşağı vəziyyətdən ən kamil vəziyyətə təkamül etmiş olarıq”.

Xanım Fatimeyi-Zəhranın (s.ə) mövludunun eyni zamanda böyük bir Xanımlar bayramı olmasına işarə edən Hacı İlqar, bütün möminə xanımlara  Xanım Zəhranın (s.ə) təqvasının ən ali nümunəsi olan iffətə sahib çıxmağı diləyib. Xanım üçün təqvanın ən ali göstəricisinin iffət olduğunu vurğulayan xətib, iffətin bütün sahələrə, o cümlədən ailə, qohumlararası münasibətlərə, övlad tərbiyəsinə, elmə, biliyə can atmağa – həyatın bütün sahələrinə aid olduğunu bildirib.

Bayram tədbiri duaların edilməsi ilə yekunlaşıb.

İçərişəhər "Cümə" məscidi dini icması Xanım Fatimeyi-Zəhranın (s.ə) mövluduna həsr olunmuş möhtəşəm bayram tədbiri keçirdi

Deyerler

757 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39