Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

Ərdoğanın xanımına qarşı böyük tərbiyəsizlik

Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana CHP-li millət vəkili tərbiyəsizlik edib.

Türk mətbuatı xəbər verir ki, Yaponiyanın Milli Gününə həsr olunmuş tədbirdə baş nazirin həyat yoldaşı çıxış etmək istəyib. Bu zaman Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Kamer Gənc Ə.Ərdoğanın çıxışına etiraz edib. CHP-li deputat “sən burada nə üzlə danışırsan” deyib və bundan sonra zalda gərginlik artıb.

Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız yaranan gərginliyə müdaxilə edərək, millət vəkilindən zalı tərk etməyi tələb edib:

“Tərbiyəsizlik etmə, çıx çölə, tərbiyəsiz adam”, deyə, T.Yıldız qışqırıb.

Mühafizəçilər deputat və naziri ayırarkən Əminə Ərdoğan öz çıxışını davam etdirib. CHP-li deputat isə həmin zaldan qovulub.
1873 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP