Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2015

Türk əsgərləri ilə güclü döyüş gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrının Diyadin bölgəsində terrorçularla əsgərlər arasında atışmanın davam etdiyini açıqlayıb.

Ərdoğan terrorçuların Türkiyə ordusunun əsgərlərinə hücumunu şiddətlə qınadığını bəyan edib.

"Ağrının Diyadin bölgəsində əsgərlərimizə edilən hücum ölkəmizdəki barış mühitinə zərbə vurmaq, "Çözüm sürəci"ni baltalamaq məqsədilə həyata keçirilib. Terroçular millətimizin təhlükəsizliyini təmin etmək üçün fədakarca vəzifəsini yerinə yetirən təhlükəsizlik qüvvələrimizə hücum ediblər. Bu hücumu şiddətlə qınayırıq. Əsgərlər və terrorçular arasında güclü atışma hələlik davam edir. 25 terrorçu təhlükəsizlik qüvvələrimizə qarşı döyüşür", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, PKK terrorçuları Ağrının Diyadin bölgəsində ağac əkmə tədbirləri üçün təhlükəsizlik hazırlıqları görən əsgərlərə atəş açıblar. Atışma nəticəsində 4 türk əsgərin yaralandığı bildirilirb. Bölgəyə çox sayda əsgərin cəlb olunduğu deyilir.

Kəşfiyyatçılar və hərbi helikopterlər də əraziyə yollanıblar. İtkilər barədə hələlik ətraflı məlumat verilmir./ans/
732 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
14.01.17, 09:33