Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2015

Cəlilabadda şirniyyat sexi və ev yandı

Cəlilabad rayonu, Yusifli kəndində (rayon mərkəzindən 48 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyinin saytının xəbərinə görə, evə bitişik ümumi sahəsi 40 kv.m olan köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cəlilabadda həmçinin vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan şirniyyat sexinin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Sexin qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
1242 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.17, 09:37
YENƏ DƏ İNTİHAR
29.05.17, 09:21
YENƏ İNTİHAR
29.05.17, 09:08
Təqva qorxmaqdır?
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR