Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2015

Rusiya hərbi gəmisi 5-i azərbaycanlı olmaqla 300-dək əcnəbini Yəməndən təxliyə etdi

Bundan əvvəl ərəb ölkələri koalisiyası Rusiyanın 2 təyyarəsinə Yəməndə eniş etməyə icazə verməyib

Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Priazovye” kəşfiyyat gəmisi Yəməndə inqilabçılara (husilər) qarşı xüsusi əməliyyatın aparıldığı zonadan 19 ölkənin 308 vətəndaşını təxliyə edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
“Adenin döyüş zonasından təxliyə edilən şəxslər 19 ölkənin vətəndaşıdır. Onlardan 45-i Rusiya, 18-i ABŞ, 5-i Böyük Britaniya, 1-i Bolqarıstan, 6-sı Estoniya, 14-ü Ukrayna, 9-u Belarus, 3-ü Türkmənistan, 8-i Özbəkistan, 5-i Azərbaycan, 1-i Bəhreyn, 5-i Cibuti, 159-u Yəmən, 1-i Somali, 3-ü Fələstin, 13-ü İordaniya, 9-u Kuba, 2-i Misir, 1-i Səudiyyə Ərəbistanı vətəndaşıdır”, deyə Konaşenkov bildirib.

Onun sözlərinə görə, təxliyə edilən vətəndaşlar səhər saatlarında Cibutiyə çatdırılacaqlar.

Qeyd edək ki, ərəb ölkələri koalisiyasının hərbi hava qüvvələri ötən gün Rusiyanın 2 təyyarəsinə Yəməndə eniş etməyə icazə verməyib.

Məlumata görə, təyyarələr Misirin paytaxtı Qahirəyə dönməyə məcbur olub./apa/
728 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber