Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2015

“İŞİD silahları Liviya, Türkiyə və Səudiyyə Ərəbistandan alır”

Suriyanın Rajova şəhərində ələ keçirilən İŞİD üzvü terror təşkilatının silah və hərbi təchizat ehtiyacının Liviya, Türkiyə və Səudiyyə Ərəbistandan təmin olunduğunu açıqlayıb.

Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, əvvəllər paytaxt Dəməşqdə sürücü işləyən 25 yaşlı Əmir Əhməd Əli əsgərlikdən qaçdığı üçün Suriya hökumətinə qarşı çıxaraq özlərini "Azad Suriya Ordusu" (ASO) adlandıran terror şəbəkəsinə qoşulduğunu etiraf edib. O, "ASO"-dan ayrılandan sonra İŞİD-ə qoşulduğunu bildirib.
Keçmiş İŞİD yaraqlısı terror təşkilatının məqsədinin Suriya və İraqdan sonra irəliləyərək Yəmən, Səudiyyə Ərəbistanı, Livan, oradan da Avropaya doğru bir yol qət etməyi hədəflədiyini bildirib.

“İraq, Suriya, Türkiyə və Səudiyyə Ərəbistandan qaçaq yollarla silah gəlirdi. Türkiyə yaxın idi. Silahları Rəqqa və Bab əl-Hava dəhlizindən keçirirdik”.
809 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı