Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2015

HƏMAS: İsrail liderləri mühakimə olunmayınca, heç kəsi təhvil verməyəcəyik

Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, Qəzzədə İslam müqaviməti təşkilatı olan HƏMAS elan edib: Nə qədər ki, İsrail liderləri Haaqa Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmayıblar, bu hərəkat da heç bir şəxsi sözügedən məhkəməyə təhvil verməyəcək!

Vətən portalının verdiyi məlumata əsasən, HƏMAS-ın ali şura üzvü Xəlil Həyyə deyib: Cinayət məhkəməsinə müraciət etmək "mürəkkəb siyasi müharibə"dir.
O, bu məsələnin siyasi addım olduğunu və sonradan sionist rejim olan İsraillə müzakirələr masasına əyləşmək məqsədlər güddüyü barədə xəbərdarlıq edib.

X. Həyyə bildirib: HƏMAS hərəkatı Haaqa məhkəməsi ilə anlaşmağa hazırdır. Lakin, bununla yanaşı müqavimət və Fələstin xalqını müdafiə etməkdən əl çəkməyəcək.
Qeyd edək ki, cari aydan Fələstin Haaqa məhkəməsinin tam hüquqlu üzvü olub. Bu da, Fələstinin sionist rejim əleyhinə rəsmi şikayət etmək hüququna sahib olması anlamındadır.
778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber