Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2015

İŞİD-in internet saytları kəşf edilib!

Sputnik-news portalı “Anonimus” adlı haker qrupunun İŞİD-in öz sıralarına qüvvə toplamaqda istifadə etdiyi internet saytları və onları himayə edən internet-portal şirkətlərinin siyahısını əldə etdiyi haqda məlumat yayıb.
Anonimus qrupu ümidvardır ki, informasiya vasitələri bu siyahının köməyi ilə terroristlərin internet saytlarındakı nüfuzunu ifşa və həmçinin onlara şərait yaradan internet şirkətlərini sponsorluq edən saytlara dəqiq nəzarətə vadar edəcək. Adətən, daha çox maddi mənafe güdən həmin beynəlmiləl şirkətlər terroristlərin fəaliyyətlərində dolayı rola malikdir və onların başında Google, Yahoo, Avropanın OVH və Amerikanın Cloudflare kimi şirkətlərin adları müşahidə olunur.
Məlumata əsasən, Anonimus 200-ə yaxın portala nüfuz etməklə İŞİD-in internet sahəsində gizli fəaliyyət göstərən 85 şəbəkəsini “hack” edə bilib. Onu da qeyd ki, bu qrup bir müddət qabaq İŞİD-in terrorist qruplarının məqsədlərinin formalaşması və ifrat əməliyyatlarının həyata keçməsi uğrunda fəaliyyət göstərən 15000 Twitter üzvünün istifadəçi hesabını ifşa etmişdi.

Nur-az.com
991 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP