Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

Berlin ABŞ-dan izahat istəyir

ABŞ ört-basdır etməyə çalışsa da Berlin casus qalmaqalın üzə vurur.

Amerika xüsusi xidmətləri tərəfindən Avropa dövlətlərinin yüksək vəzifəli siyasətçiləri, o cümlədən Almaniyanın federal kansleri Angela Merkel barəsində casusluq fəaliyyətinin ifşa edilməsi ilə bağlı silsilə qalmaqallar nəticəsində ABŞ Almaniya ilə dostluq münasibətlərinin bərpa edilməsinə yönəlmiş tədbirlər görməyə başlayıb.

ABŞ senatorları və konqresmenlərdən ibarət nümayəndə heyəti bazar ertəsi, noyabrın 25-də Berlində xarici işlər naziri Gido Vestervelle, daxili işlər naziri Hans-Peter Fridrix və Bundestaqın bəzi deputatları ilə görüşlər keçirib.

Almaniya hökumətinin başçısı isə amerikalılarla görüşməyə vaxt tapmayıb.

Almaniyalı siyasətçilər vurğulayıblar ki, yaranmış vəziyyəti nizamlamaq üçün Amerika tərəfi “xüsusi səy göstərməli” olacaq. Gido Vestervelle bildirib ki, o, ABŞ-dan “əvvəllər edilən bütün əməllərə aydınlıq gətirilməsini, habelə gələcək üçün dəqiq qaydalar müəyyən edilməsini” gözləyir. Bundestaqın deputatları Amerika nümayəndələrinə eyhamla başa salıblar ki, casuslarla bağlı qalmaqal hələ başa çatmayıb və Almaniya tərəfi Birləşmiş Ştatlardan yeni izahatlar gözləyir.
2213 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:47
Masallı sakinin