Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2015

Lənkəranda yol terroru: 2 ölü, 9 yaralı

Ötən gecə saat 21 radələrində Ələt – Astara yolunun 205-ci kilometrliyində, Lənkəran rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Gərgiran kənd sakini 1979-cu il təvəllüdlü Hüseynov Xəzail Feyruz oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil Astaradan gələn Lənkərən rayonu Şiləvar kənd sakini 1968-ci il təvəllüdlü Gənciyev Rövşən Gülağa oğlunun idarə etdiyi “Mercedes”lə toqquşub. Qəza nəticəsində “Jiquli”də olan 1991 təvəllüdlü İbadova Xalidə Barat qızı dünyasını dəyişib.

“Jiquli”də olan
1998-ci il təvəllüdlü Hüseynov Nurlan Xəzail oğlu,
1998-ci il təvəllüdlü Hüseynova Nuranə Adil qızı,
1997-ci il təvəllüdlü İbadov Rəşad Çağal oğlu,
2005-ci il təvəllüdlü Hüseynova Nuray Xəzail qızı və
2008-ci il təvəllüdlü Hüseynov Nazim Xəzail oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, Hüseynov Xəsail Feyruz oğlu ailəsini toydan evə aparırmış və onun sərxoş olduğu bildirilir.

Qəzaya səbəb kimi “VAZ 2106”nın “Mercedes”in yoluna çıxması göstərilir.

Ölümlə nəticələnən növbəti ağır qəza ötən gecə 22 radələrində Ələt – Astara magistralının 203-cü kilometrliyində baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata götə, Siyavar kənd sakini 1989-cu il təvəllüdlü Sadıqov Rəhman Əliverdi oğlu idarə etdiyi “VAZ 2103” markalı avtomobillə Lənkəran sakini 1962-ci il təvəllüdlü Qasımov Şakir Əbdülkərim oğlunun idarə etdiyi “Mercedes” markalı təcili yardımla toqquşub.

Qəza nəticəsində “Jiquli”də olan 9 aylıq Sadıqova Zəhra Əliverdi qızı dünyasını dəyişib, 1990-cı il təvəllüdlü Sadıqova Zərifə xəsarət alıb.

Bundan başqa Astara rayon sakinləri
1986-cı il təvəllüdlü Rəhmanova Günel Eldar qızı,
2008-ci il təvəllüdlü Rəhmanov Elvin Elçin oğlu,
Rəhmanov Elçin Camal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Qəzaya səbəb kimi “Jiquli”nin təcili yardımın önünə çıxması göstərilir./ans/
709 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı