Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2015

Maradona: “Blatter rüşvətxordur”

“Blatter bu dəfə kifayət qədər səs toplaya bilməyəcəyindən qorxur. Düzdür, o, böyük nüfuza malikdir. Ancaq Blatter bütün ömrü boyu bir dəfə də topa toxunmayıb. O, sadəcə rüşvətxordur”.

Bu fikirləri dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona səsləndirib. O, FİFA prezidenti Yozef Blatteri tənqid atəşinə tutub. Argentinalı veteran futbolçu Blatteri rüşvətxor adlandırıb. Yenidən FİFA prezidentliyinə namizədliyini irəli sürdüyü üçün Blatteri qınayan Maradona ali futbol qurumunda köklü dəyişiklik edilməli olduğunu deyib:

“Məncə, İordaniya şahzadəsi Əl-Hüseyn ona ən yaxşı rəqibdir. Artıq futbol başqa insanların əlində olmalıdır”.
Qeyd edək ki, Blatter və Əl-Hüseyndən başqa namizədlər arasında Luiş Fiqu və Maykl van Praq da var. FİFA prezidentliyinə seçkilər mayın 29-da keçiriləcək./axar/
735 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:19