Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2015

Pakistan Yəmən qərarına görə BƏ Əmirliyinin təhdidinə cavab verib

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Pakistan parlamentində qəbul edilən anti-Yəmən koalisiyasına qoşulmama qərarına görə bu ölkəni təhdid etməsi rəsmi İslamabadı qəzəbləndirib.

İnterAz-ın məlumatına görə, dünən Pakistanın Daxili İşlər nazirliyi BƏƏ-nin təhdid dolu bəyanatlarını qəbuledilməz adlandırıb.

"Bu nəinki kinayə ilə dolu ittihamlardır, eyni zamanda Birləşmiş Ərəb Əmirliyi nazirlərindən birinin Pakistana təhdidlər yağdırması hövsələdən çıxarıcıdır. Birləşmiş Ərəb Əmirliyi nazirinin açıqlaması bütün beynəlxalq diplomatik normaların kobud şəkildə pozulmasıdır." - Pakistanın DİN rəhbəri Çaudri Nisar Əli Xan dünən yaydığı bəyanatda bildirib.

Bildirək ki, ötən həftə Pakistan parlamentindən keçirilən səsvermədə bu ölkənin Səudiyyə Ərəbistanı tərəfindən başladılan anti-Yəmən koalisiyasına qoşulmayağı barədə qətnamə qəbul edilib. Bundan narazı qalan BƏƏ-nin Xarici İşlər naziri Ənvər Məhəmməd Qarqaş Pakistan parlamentinin bu qərarını ziddiyyətli və təhlükəli adlandırıb, rəsmi İslamabadı Yəmən məsələsilə bağlı tutduğu mövqeyə görə ağır hesab verəcəyi barədə təhdid səsləndirib.
516 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP