Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2015

Rusiyada dəhşətli yanğınlar: 14 ölü

Rusiya Federasiyasının Xakasiya Respublikası ərazisində dəhşətli meşə yanğınları baş verib.

“RİA Novosti” xəbər verir ki, yanğınlar nəticəsində ən azı 10 nəfər həlak olub.

“İlkin məlumatlara görə, ən azı 10 nəfər həlak olub. Hazırda bütün məlumatlar dəqiqləşdirilir” - deyə region hökumətinin mətbuat xidmətinin katibi İrina Emeyanova bildirib.

Son məlumatlara görə, xilasedicilər respublika ərazisində 27 yaşayış məntəqəsində qeydə alınan yanğını ram edə biliblər.

Qeyd edək ki, yanğınlarla əlaqədar olaraq regionda fövqəladə vəziyyət elan olunub.
625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:43