Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2015

İran Azərbaycan - 7:1

Los-Ancelesdə sərbəst güləş üzrə Dünya kuboku başa çatıb.


Türkiyə (7:1) və Belarus (6:2) üzərində qələbədən sonra qrup mərhələsinin həlledici matçında Azərbaycan yığması İrana böyük hesabla məğlub olub.

Yığmamızın heyətində yeganə qələbəni olimpiya çempionu Şərif Şərifov qazanıb.

Qrupda 2-ci yeri tutan Azərbaycan bürünc medallar uğrunda mübarizəyə qoşulub. Burada yığmamız paralel qrupun 2-ci olmuş komandası – Rusiya yığması ilə mübarizə aparıb. Gərgin matç 4:4 hesabı ilə başa çatsa da, Azərbaycan yığması xalların hesabına fəxri 3-cü yeri tutub.

Komandamızın tərkibində Hacı Əliyev (61 kq), Maqomed Müslimov (65 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Maqomedov (125 kq) rusiyalılara qalib gəliblər.
756 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41
Metroda inti