Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2015

Heykəlləri necə gizlətmək istəyirsiniz?

Avropa oyunlarına görə Heydər Əliyevin portretlərini yığışdırırlar

Baş verənlər onu göstərir ki, hakimiyyətin özü də nə qədər bərbad siyasət yürütdüyünün fərqindədir. Sadəcə olaraq dövlət və xalq maraqları prioritet olmadığı bütün absurdlara “yaşıl işıq” yandırılıb. Indi də Heydər Əliyevin portretlərini yığışdırırlar.
Verilən məlumata görə Qaraşəhərdə, Nobel prospektinin kənarında onun uzun illərdir asılmış portreti dirək qarışıq götürülüb. Eləcə də Nizami rayonunda, metronun Qara Qarayev stansiyası yaxınlığındakı portret də gözə dəymir. Məlumata görə belə bir addımın atılmasına səbəb ölkəmizdə Avropa oyunlarının keçirilməsidir. Hakimiyyət başa düşür ki, 21-ci əsrdə bütün ölkəni Heydər Əliyevin portretlərinə bürümək, bütpərəstliyin, diktaturanın, geridəqalmışlığın göstəricisidir. Axı hökumətimiz Avropadan gələn heyətə özünü müasir, demokratik kimi təqdim etmək istəyir. Amma bu portret yığışdırmaq da köməyə çatmayacaq. Çünki, ölkədə saysız-hesabsız Heydər Əliyev parkları, Heydər Əliyev muzeyləri, Heydər Əliyev kompleksləri, Heydər Əliyevin heykəlləri var. Hətta ölkəyə qədəm qoyacaq xaricilər ilk olaraq Heydər Əliyev adına hava limanını görəcəklər və Heydər Əliyev prospekti ilə şütüyəcəklər. Birdən Avropadan gələnlər orta məktəb dərsliklərinə baxası olsalar, vəziyyət daha ağır olacaq. Belə ki, bütün dərsliklərin, gündəliklərin ön səhifəsində Heydər Əliyevin fotosu var və bu protokol qaydasıdır. Yaxud, məktəb direktorundan, JEK müdirindən tutmuş, millət vəkilinə qədər hamının başının üstündə Ilham və Heydər Əliyevlərin şəkili var. Xariciləri qarşılayacaq rəsmilərin kostyumunda da Heydər Əliyevin şəkili var. Tutalım portretləri yığışdırdılar, bu sadaladığımız bütpərəstliyi necə yığışdıracaqlar? Heykəlləri necə yox edəcəklər?
Əslində, portretlərin yığışdırılması onun etirafıdır ki, Avropadan gələn tənqidlər əsaslıdır, hakimiyyət xalqın deyil, əcnəbinin sevgisini qazanmaq istəyir. Amma ölkədə keçiriləcək gül bayramı əcnəbilər üçün ən yaxşı nümunə olacaq. Hər il atasının doğum gününə 10 milyonlarla pul xərcləyən prezidentin rəhəbrlik meyarları aydın görünəcək.
Yeri gəlmişkən, bugünlərdə Azərbaycanın qurucularından olmuş M.Ə Rəsulzadənin Bakıda olan yeganə büstü də götürüldü və əvəzində Heydər Əliyevin büstü qoyuldu. Bu hadisə dərhal ictimailəşdi və cəmiyyətin qınağı ilə üzləşdi. Bu hakimiyyət uzun illər əvvəl yaşamış bir liderin büstünə də qısqanclıqla yanaşır. Rəsulzadə dühasının YAP rəhbərlərini kölgədə qoymasından qorxduqları üçün bu addımı atırlar. Ölkəmizə gələn əcnəbilər Ilham Əliyevə “Üç rəngli bayrağınızın yaradıcısı, cümhuriyyətin banisi Rəsulzadənin heykəlini harda görmək olar” - deyə sual etsələr, hansı cavabı alacaqlar? Ilham Əliyev Avropalı heyəti Novxanıya aparacaq?
Müxtəsər, Heydər Əliyevin portretlərini yığışdırmaqla, sadəcə öz kimliklərini ifadə edirlər. Onsuz da 20 ildən artıq bir müddətdə yürüdülən siyasət, ölkənin əsl portretini yaradıb./azadlıq/
684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi