Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2015

Kürdlər "İŞİD"in nəzarətində olan ər-Riqqada 7 kəndi azad ediblər

Kürdlərin xalq Müdafiə Bölmələri (YPG) Suriyanın şimalında ər-Riqqa əyalətinin 7 kəndini "İŞİD" terror təşkilatından azad edə biliblər.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidə Qrupuna istinadla verdiyi xəbərə görə, son iki gündə ər-Riqqanın Eyn-İsa adlanan böləgsində "İŞİD"in 30-a yaxın üzvü məhv edilib. Bu bölgədə gedən döyüşlərin ardından 7 kənd azad edilib.

Qeyd edək ki, ər-Riqqa əyaləti Suriyada böyük hissəsi "İŞİD" nəzarətində olan əsas əyalətdir. "İŞİD" bundan əlavə Dirazzur və Hələbdə də fəaldır.

Qarşıdurmalar Suriyanın Hələb və İdlib əyalətində də baş verib. Hökumət ordusu Hələb şəhərində müxalifət qruplaşmalarının nəzarətində olan bir məktəbə hava zərbəsi endirib.

Hökumət ordusu İdlib şəhəri ətrafında qruplaşamalara ağır zərbələr vurduğunu bildirib.
806 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber