Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2015

İki ayda 2000 ailə dağılıb

Bu ilin yanvar-fevral ayları ərzində rəsmi orqanlar tərəfindən Azərbaycanda 11,1 min nikah və 2,1 min boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,4 təşkil edib.

Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 227 nəfər gələn və 119 nəfər ölkədən gedən qeydə alınıb./apa/
592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:56