Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2015

Polis bölməsinə hücum: 6 ölü

Misirin Şimali Sina əyalətində polis bölməsinə bombalı avtomobillə hücum təşkil edilib.

İlkin məlumatlara görə, 5-i polis olmaqla 6 nəfər həlak olub, 41 nəfər yaralanıb.

Hücumu İŞİD terror təşkilatına beyət elədiyini bildirən “Sina vilayəti” adlı təşkilat boynuna götürüb.

Təhlükəsizlik qaynaqları bu gün Arişdə hərbi avtomobilin keçdiyi vaxtda yola döşənən partlayıcının partlaması nəticəsində 2-si zabit olmaqla 5 hərbçinin həlak olduğunu, 3 hərbçinin yaralandığını bildirmiş, ordu isə 6 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını açıqlamışdı.

Qeyd edək ki, orduya hücumları ilə tanınan Ənsar Beyt əl Makdis təşkilatı İŞİD-ə qoşulandan sonra adını “Sina vilayəti” olaraq dəyişdirdiyini açıqlayıb.
666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:23