Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2015

Keçmiş vicdan məhbusu Məşhəd ziyarətinə buraxılmadı

Hüquq müdafiəçisi Elşən Həsənov: "Ədliyyə Nazirliyi tərəfindən ölkədən kənara çıxmağıma qadağa qoyulub"

Hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu Elşən Həsənov İranın Məşhəd şəhərinə ziyarətə gedərkən, sərhəddən buraxılmayıb.

Hadisə aprelin 13-də səhər saatlarında Biləsuvar sərhəd keçid məntəqəsində baş verib. Zəvvarların hamısı buraxılsa da, hüquq müdafiəçisi saxlanılıb. Səbəb kimi, onun ölkədən çıxmasına qadağa qoyulması göstərilib.

Bu barədə musavat.com-a Elşən Həsənovun özü məlumat verib: "İrana ziyarətə gedirdim. Bir qrup adam Zabrat məscidindən təşkil olunmuşduq. Biləsuvar məntəqəsində saxladılar. Şəxsiyyət vəsiqəmi yoxlayıb, buraxdılar. Sonra mənə dedilər ki, siz gözləyin. Bir otağa saldılar. Məlum oldu ki, Ədliyyə Nazirliyi tərəfindən ölkədən çıxışıma qadağa qoyulub. Səbəbini soruşdum. Bildirdilər ki, 2013-cü ildə Sabunçu rayon Məhkəməsində qərar verilib. 2012-ci ildə azadlığa çıxmışam. Ondan sonra Tiflisə getmişəm. Bundan sonra çıxışıma qadağa qoyulub. Otaqda üstümdə axtarış apardılar. Bunlar qanunsuzdur. Alçaldıcı hərəkətlər etdilər. 10-15 dəqiqədən sonra bir zabit gəlib, dedi ki, prezidentlə bir məktəbdə oxumusunuz? Təsdiq elədim. Ondan sonra məni buraxdılar".

Hüquq müdafiəçisi məhkəməyə müraciət edəcəyini də qeyd etdi.
689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP