Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2015

İstanbulda atışma: ölənlər var

Türkiyədə iki dəstə arasında silahlı insident baş verib.

İstanbulda qeydə alınan hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Polislərin bildirdiyinə görə, şəhərin Gültəpə rayonunda olan yardım dərnəyinə silahlı basqın olub.

Hadisə axşam saatlarında baş verib. Şahidlərin bildirdiyinə görə, şəxsiyyəti naməlum bir qrup silahlı havaya atəş açaraq dərnəyinin olduğu küçəyə girib. Dəstə daha sonra əllərindəki silahlarla dərnəyə atəş açıb.

Dərnək üzvlərinin də dəstəyə silahla cavab verməsi nəticəsində qarşıdurma yaranıb. Ətrafdakıların müraciətindən sonra hadisə yerinə çox sayda polis və təcili tibbi yardım maşınları cəlb edilib. Qarşıdurma zamanı 7 nəfər yaralanıb və onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Yaralı iki nəfər həkim müdaxiləsinə baxmayaraq keçinib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. İlkin məlumata görə, iki dəstə arasında düşmənçilik olub. İstintaq çərçivəsində 24 nəfər saxlanılıb. Onların əksəriyyətinin üzərindən silah aşkarlanıb./ans/

679 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat