Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2015

Hələbdə tunellər müharibəsi yenidən gündəmə gəlib, daha bir tunel partladıldı

Hələb şəhərinin qərbində yerləşən əz-Zəhra rayonu yenidən "ən-Nusra" cəbhəsi və ona tərəfdar qüvvələrin hücumlarına məruz qalıb.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidə Qrupuna istinadla verdiyi xəbərə görə, "əl-Qaidə"nin Suriya qolu "ən-Nusra" cəbhəsi əz-Zəhra rayonunda hava kəşfiyyatı idarəsi istiqamətində qazdığı tuneli partladıb. "Əl-cəzirə" telekanalı iddia edib ki, burada dövlət ordusunun onlarla hərbçisi ölüb.

SANA-ın məlumatına görə, dövlət ordusu "ən-Nusra" terrorçularının hücumunu dəf edib və onlara ağır zərbələr endirib.

Döyüşlər ölkənin digər əyalətlərində də davam edib. İdlibdə Kurin kəndi ərazisində gedən döyüşlərdə qruplaşmaların 20 silahlısı öldürülüb. Ordu bildirib ki, Qunaytara, Suveyda, Dəra və Dəməşqətrafı və Həmada təkfirçi qruplaşmaların mövqeləri hədəfə alınıb.

Hazırda Hələb şəhəri, İdlibin cənubu, Həsəka əyaləti və Dəməşqin Yarmuk rayonları şiddətli qarşıdurmaların şahididir.
712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber