Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2015

Səudiyyənin Yəmənə hava zərbələrində ölənlərin sayı 2500-ə çatıb

“Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün 20-ci günündə hava zərbələri nəticəsində şəhid olanların sayı 2500 nəfər olub.”

İnterAz-ın "al-Masira" telekanalına istinadla verdiyi xəbərə görə, bunu Yəmən ordusunun sözçüsü general-palkovnik Şəraf Qalib Loğman deyib.

O, ötən gün Yəmən paytaxtında mətbuat konfransı zamanı son 20 gündə endirilən hava zərbələrinin vurduğu ziyanları açıqlayıb.

“Səudiyyənin Yəmənə hücumundan sonra 40 min ailə ev eşiklərindən didərgin düşüb. Səudiyyə Ərəbistanın hava zərbələri nəticəsində 2265 mənzil dağıdılıb və 330 yaşayış massivi hədəfə alınıb. 1200 obyekt və 72 təlim-tədris müəssisəsi dağıdılıb. Hava zərbələri 6 yanacaq obyektinin tamamilə yanmasına səbəb olub.”

Bu arada, Səudiyyə Ərəbistanın hücumları son gündə də davam edib. Ötən gün endirilən hava zərbələri Səna da daxil olmaqla bir neçə əyaləti işıqsız qoyub.

Ölkənin Mərib əyalətində husilər və ordu qüvvələri "əl-Qaidə" ilə döyüşlərdə irəliləyiblər. Ədən şəhəri yenə də qarşıdurmaların şahidi olub.

Səudiyyə Ərəbistanı Səda əyaləti ilə sərhəddə əlavə hərbi qüvvələr ezam edib.
799 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51