Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2015

Çempionlar Liqası: 1/4 final həyəcanı

Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start veriləcək.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək.

"Yuventus" doğma meydanda "Monako"nu qəbul edəcək. Turin təmsilçisi bu görüşün favoriti hesab olunur. Lakin 1/8 finalda "Arsenal"ı mübarizədən kənarlaşdıran Fransa təmsilçisinin rəqibinə ciddi müqavimət göstərəcəyi gözlənilir. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:45-də veriləcək.

Ötən ilin finalçıları - "Real" və "Atletiko" bu dəfə 1/4 finalda münasibətlərinə aydınlıq gətirəcək. Son dəqiqədə buraxdığı qolla çempionluğu əldən verən "Atletiko" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Titulunu qorumağa çalışacaq "Real"ın buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir. "Atletiko"nun meydanında baş tutacaq ilk oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, 1/4 finalın daha iki qarşılaşması sabah keçiriləcək.

14 aprel

Çempionlar Liqası, 1/4 finalın ilk oyunları

23:45. "Yuventus" (İtaliya) - "Monako" (Fransa)

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Real" (Madrid, İspaniya)

15 aprel

23:45. "Portu" (Portuqaliya) - "Bavariya" (Almaniya)

23:45. PSJ (Fransa) - "Barselona" (İspaniya)
755 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber